Dollar bahalaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dollar bahalaşmaqda davam edir

18:29 - 09 / 08 / 2016
Dollar bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 10-na valyuta məzənnələrini açıqlayıb.

1news.az-ın AMB-yə istinadla verdiyi xəbərə görə, avqustun 10-da manatın dollara qarşı rəsmi məzənnəsi 1,6040 manat təşkil edir.

Qeyd edək ki, bu gün rəsmi məzənnə 1,6005 AZN/USD səviyyəsində təyin olunmuşdu.

Beləliklə, dolların manata qarşı məzənnəsi bahalaşmaqda davam edir.

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər