Bank of Baku-nun dəstəyilə “Uğurun Xəritəsi” işıq üzü gördü - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-nun dəstəyilə “Uğurun Xəritəsi” işıq üzü gördü - FOTO

16:02 - 10 / 08 / 2016
Bank of Baku-nun dəstəyilə “Uğurun Xəritəsi” işıq üzü gördü - FOTO

Bank of Baku, fiziki məhdudiyyətlərə meydan oxumağa davam edir. Belə ki, bir müddət öncə Bank həyata keçirdiyi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin iştirakçısı Murad Məmmədovun kitabının nəşr olunmasında maliyyə dəstəyi göstərib.

“Uğurun Xəritəsi” adlanan kitabın rəsmi təqdimat mərasimi avqust 9-da keçirilib. Kitab, müəllifin qeyd etdiyi kimi, təkcə fiziki məhdudiyyəti olan şəxslər üçün deyil, eyni zamanda sağlamlığında heç bir məhdudiyyəti olmayan, həyatda qarşılaşdığı çətinlikləri dəf etməkdə özünəinam və motivasiyaya ehtiyacı olan hər bir şəxs üçün nəzərdə tutulub.

Kitabın işıq üzü görməsi və oxuculara çatdırılmasına qədər gedən yol, ən azı kitab yazmaq qədər çətin olduğunu deyən Murad Məmmədov:

“Nəhayət ki, ilk müraciətimdən dəstək göstərəcəyini qeyd edən qurum tapıldı. Bu “Bank of Baku” ASC oldu. O Bank of Baku ki, məni və 40 nəfərə yaxın fiziki əlilliyi olan şəxsi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsi altında toplayaraq dəstəyə ehtiyacı olan şəxslərə lazımi dəstəyi göstərməklə, cəmiyyətə və insanlığa böyük bir töhfə verdi. Bank, bu gün də, öz missiyasını davam etdirərək, həm mənim yaşadığım və şahidi olduğum hadisələri kitab şəklində insanlara çatdırmaq məqsədimin gerçəkləşdirilməsində, həm də kitabı əldə edəcək şəxslərin uğur qazanmaları üçün  böyük fürsət yaradaraq bu sosial layihənin həyata keçirilməsini öz üzərinə götürdü”.

Bank of Baku-nun Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Tahirova:

“Dəstəyə ehtiyacı olan şəxslərin həyatında müsbət dəyişiklik gətirə biləcək bu kitabın nəşr olunmasında bizim də rolumuzun olduğu üçün qürur duyuruq. Sosial məsuliyyət siyasətimizə sadiq qalaraq, bundan sonra da cəmiyyət üçün faydalı ola biləcək layihələrin icrasında böyük məmnuniyyətlə öz dəstəyimizi göstərəcəyik”, - deyə qeyd edib.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku 

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər