Meteoroloqlardan xəbərdarlıq: Havanın temperaturu 43 dərəcəyə qədər artacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlığa görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.
1news.az