Plastik qablarda saxlanılan su insan orqanizmi üçün təhlükəlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Plastik qablarda saxlanılan su insan orqanizmi üçün təhlükəlidir

09:59 - 11 / 08 / 2016
Plastik qablarda saxlanılan su insan orqanizmi üçün təhlükəlidir

Alimlər plastik şüşələrdə saxlanılan içməli suyun insan sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vurduğunu sübut ediblər.

1news.az-ın mir24.tv-yə istinadla verdiyi xəbərə görə, tədqiqatlar zamanı plastik şüşədən su içən insanların 95%-nin orqanizmində “bisfenol-A” adlı zəhərli maddə aşkar edilib. Sözügedən maddədin böyük miqdarda qəbul edilməsi piylənmə, ürək-damar sistemində problemlər, depressiya və hormonal pozulmalara səbəb olur.

Daha sonra eksperimentərdə iştirak edən insanlara dörd gün ərzində plastik olmayan şüşədən su içmək təklif olunub. Nəticədə, orqanizmdə olan zəhərin miqdarının iki dəfə azalması müşahidə edilib.

Tədqiqatlar zamanı məlum olub ki, plastik şüşələr qızma vaxtı da zəhər ifraz etməyə malikdirlər. Bu səbəbdən, alimlər insanlara isti plastik qablardan su istifadə etməyi məsləhət görmürlər.

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər