Lənkəranda yanan evdən 52 yaşlı qadının meyiti tapılıb
Lənkəran rayonunda iki evdə yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Kifayət Sabir qızı Nəsirovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Qonşu evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
1news.az
413