Keyfiyyət və qiymətin mükəmməl vəhdəti - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Keyfiyyət və qiymətin mükəmməl vəhdəti - FOTO

11:00 - 12 / 08 / 2016
Keyfiyyət və qiymətin mükəmməl vəhdəti - FOTO

Endirim kampaniyaları müasir marketinqin əsas tərkib hissəsidir. Endirim sözü insanlara psixoloji təsir edir, onları fəaliyyətə keçməyə sövq edir. Bundan əlavə, endirim kampaniyasına vaxt və təklif məhdudiyyəti tətbiq edilir ki, bu da potensial alıcıları daha da fəallaşdırır.

Amma endirim kampaniyası çərçivəsində təklif olunan məhsulun həm qiyməti, həm də keyfiyyəti kifayət qədər cəlbedici olmalıdır. Əks halda kampaniyanın təsiri yalnız maraqla məhdudlaşacaq, real satışa təsir etməyəcək.

Öncədən xəbər verildiyi kimi, iyul ayında “Renessans Palace” yaşayış kompleksi möhtəşəm yay kampaniyasına start vermişdi. Kompleks bu kampaniya çərçivəsində 26 mənzilə 28 min manatadək endirim təklif edib, başqa sözlə desək kampaniyadan yararlanan müştərilər 1m²-i 1800 AZN olan mənzili 1500 AZN-ə almaq şansı əldə edirlər. Onu da qeyd etməliyik ki, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən yeni tikililərdə 1m² qiyməti 2100-2300 AZN təşkil edir. Amma kompleksin üstünlüyü yalnız münasib qiymətlərlə məhdudlaşmır.

Belə ki, bu münasib qiymətlər sizi keyfiyyətlə tikilmiş premium mənzilin sahibi edəcək. “Renessans Palace”-da keyfiyyətli tikilən mənzil, həm də premium-klassın bütün standartlarına cavab verir: tavanın hündürlüyü 3,45 metr olan azad planlama imkanına malik mənzillər, hər blokda 3 lift (2 sərnişin, 1 yük), neoklassik memarlıq üslubu. 1,5 ha sahəsi olan həyətdə gələcək sakinləri tennis kortu, idman meydançası, idman qurğuları, qaçış və velosiped zolaqları, yaşıllıqlar, süni göl, köşklər gözləyir. Binaların ilk iki mərtəbəsində müxtəlif kommersiya və sosial yönümlü obyektlər sakinlərin xidmətində olacaq.

Tikinti keyfiyyətinə gəldikdə isə “Renessans Palace”-da qurulan drenaj sistemi və həyata keçirilən hidroizolyasiya işləri ilə yanaşı, təməldə olan istinad divarlarının betonuna maye şüşə əlavə olunub ki, bu da nəmə və qrunt sularına qarşı üçqat müdafiəni təmin edir. İstifadə olunan betonun keyfiyyəti xüsusi laboratoriyalarda yoxlanılır. Divarlar beton bloklarla hörülür. Bu bloklar kərpic və daşdan qat-qat baha olsa da, əla istilik izolyasiyası təmin edir və bununla da mənzilin isidilməsi üçün lazım olan xərcləri dəfələrlə azaldır.

Təəssüf ki, bu cür sərfəli təklifdən yalnız az sayda alıcı yararlana biləcək. 11 iyuldan start verilən kampaniya çərçivəsində artıq 21 mənzil satılıb. Marağın həddən artıq yüksək olması (kampaniya ərzində satış ofisinə 2000-dən çox zəng daxil olub, 300-dən çox ziyarətçi gəlib) satışda qalan 5 mənzilin də qısa müddətdə satılacağından xəbər verir.   

Xatırladaq ki, “Renessans Palace”-ın elan etdiyi və 14 martdan 14 aprelədək davam edən “Bahar Kampaniyası” da böyük ajiotaja səbəb olub. Kampaniya çərçivəsində bütün sahəsi 2503 m² təşkil edən 27 mənzil satılıb. Ümumilikdə kampaniya ərzində ofisə gələn ziyarətçilərin sayı orta aylıq göstəricidən 2,75 dəfə, ofisə gələn zənglərin sayı orta aylıq göstəricidən 2,9 dəfə çox olub.

“Renessans Palace” yaşayış kompleksinin tikintisini həyata keçirən “AS Group İnvestment” Şirkətlər qrupunun marketoloqları qeyd edir ki, hər iki halda kampaniya bazardakı mövcud vəziyyətə və potensial alıcıların istəklərinə uyğun təşkil edilib.

“Yay ayları bazardakı aktivliyi saxlamaq üçün potensial alıcılar üçün ən sərfəli təklif hazırlamağa çalışdıq. Yay kampaniyasını elan etməklə daşınmaz əmlak bazarı üçün çətin bir dövrdə satışları təşviq etməyə çalışdıq və əla nəticələr əldə etdik. Hər iki kampaniyanın tətbiqi nəticəsində şirkətlər qrupu və alıcılar udan tərəf oldu”.

Paylaş:
557

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər