Hakan Şükürün atası həbs olunub – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Hakan Şükürün atası həbs olunub – FOTO – YENİLƏNİB

16:11 - 12 / 08 / 2016
Hakan Şükürün atası həbs olunub – FOTO – YENİLƏNİB

Türkiyədə Selmet Şükür - Türkiyə Parlamentinin sabiq deputatı, keçmiş futbolçu, “Qalatasaray”ın hücumçusu Hakan Şükürün atası həbs edilib.

Selmet Şükür Salko məscidində cümə namazı qılmaq üçün gəlib. Polislər onun namaz qılmasını gözləyiblər, daha sonra həbs ediblər.

Məsciddən çıxan S.Şükür onu gözləyən polislərə görərək əlləri yuxarı qaldırıb. O, həbs edilərək polis bölməsinə gətirilib.

Daha əvvəl Sakarya Prokurorluğu Hakan Şükür və atası Selmet Şükür barəsində FETÖ terror təşkilatının ölkədə silahlı çevriliş cəhdi ilə bağlı apardığı araşdırmaların nəticəsi olaraq tutulma qərarı qəbul etmişdi. 

Bundan əlavə, Hakan Şükür və atasının 200 milyon türk lirəsi civarında əmlakı müsadirə olunub.

1news.az

16.05

Türkiyədə keçmiş futbolçu Hakan Şükür və atası Selmet Şükürün bütün mal-varlığı müsadirə olunub.

1news.az-ın Ihlas-a istinadla verdiyi xəbərə görə, məhkəmə futbolçu və atasının FETÖ terror təşkilatına göstərdiyi maliyyə yardımı ilə bağlı sübutları ortaya çıxarıb.

Daha əvvəl Sakarya Prokurorluğu Hakan Şükür və atası Selmet Şükür barəsində FETÖ terror təşkilatının ölkədə silahlı çevriliş cəhdi ilə bağlı apardığı araşdırmaların nəticəsi olaraq tutulma qərarı qəbul etmişdi. 

Qeyd edək ki, futbolçu və ailəsi Türkiyəni ötən ilin dekabrında tərk edib.

Hazırda isə polis Selmet Şükürü axtarır. Belə ki, onu nə İstanbulda, nə də Sakaryadakı evində tapa bilməyiblər.

1news.az

12:23

Sakarya Prokurorluğu Türkiyə Parlamentinin sabiq deputatı, keçmiş futbolçu, “Qalatasaray”ın hücumçusu Hakan Şükür və atası Selmet Şükür haqqıda tutulma qərarı çıxarıb.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, Hakan Şükür və atası FETÖ terror təşkilatına üzvlükdə təqsirləndirilir.

Qərar Sakarya Prokurorluğunun  FETÖ terror təşkilatının ölkədə silahlı çevriliş cəhdi ilə bağlı apardığı araşdırmaların nəticəsi olaraq verilib.

Qeyd edək ki, futbolçu və ailəsi Türkiyəni ötən ilin dekabrında tərk edib.

Hazırda isə polis Selmet Şükürü axtarır. Belə ki, onu nə İstanbulda, nə də Sakaryadakı evində tapa bilməyiblər.

Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Mövzu ilə əlaqədar oxuyun:       

Türkiyə dövlət qurumlarında təmizləmə: çevrilişə cəhd dəf edildikdən sonra neçə nəfər işdən çıxarılıb və həbs edilib? – FOTO

1news.az

Paylaş:
1091

Son xəbərlər

Bütün xəbərlər