Türkiyə səfiri: “Azərbaycanlı turistlərin sayında artım gözlənilir”
Qarşıdakı dövrdə Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında artım gözlənilir.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
Coşkun qeyd edib ki, hazırda Azərbaycandan Türkiyənin müxtəlif şəhərlərinə, o cümlədən Antalya şəhərinə səfər edən turistlərin sayında artım var:
“Türkiyədə həyat artıq çoxdan normallaşıb. Türkiyə və Azərbaycanın son illərdə birgə həyata keçirdiyi işlərə nəzər yetirsək, görərik ki, biz daha da doğmalaşırıq, əməkdaşlığımız inkişaf edir. Eyni zamanda hazırda iki qardaş ölkə olaraq biz digər xarici ölkələrin - Gürcüstan, İran və Türkmənistanın iştirakı ilə gözəl layihələr həyata keçiririk. Rusiya, İran, Azərbaycan və Türkiyənin regional iş birliyini müsbət qiymətləndiririk”.
1news.az