Sabirabadda “Qarpız festivalı” keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda “Qarpız festivalı” keçiriləcək

15:41 - 13 / 08 / 2016
Sabirabadda “Qarpız festivalı” keçiriləcək

Prezident yanında Gənclər Fondunun dəstəyi ilə baş tutacaq festival avqustun 19-da, saat 18.00-da Sabirabad rayonu Heydər Əliyev adına istirahət parkında başlayacaq.

1news.az “Report”a istinadən xəbər verir ki, tədbirdə tərəfdaş qurumlar olaraq Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Gənclər və İdman Nazirliyinin Sabirabad rayon gənclər və idman idarəsi, Sabirabad rayon İcra Hakimiyyəti iştirak edəcək.

Festivalda qarpız üzərində “Bədii oyma sənəti”ndən bəzi nümunələr, qarpızdan hazırlanmış 20 növ təamın (qarpız mürəbbəsi, qarpız kompotu, qarpız turşusu, qarpız şərbəti, qarpızdan hazırlanan tort, qarpızdan hazırlanan cem, qarpızdan hazırlanan keks, qarpız dondurması, qarpızdan hazırlanmış qəlyan, qarpız kababı, qarpız konservi, qarpızdan hazırlanan kokteyllər, qarpız şirəsi, qarpız salatı, qarpız, pendir və təndir çörəyi, qarpız sendviçi, qarpızdan çəkilmiş araq, qarpızlı soyuq çay, qarpız dadlandırıcılı saqqız, qurudulmuş qarpız tumlarından dəmlənmiş isti çay) sərgilənməsi, Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” adlı əsərindən kiçik səhnəciyin nümayişi, pəhlivanların başla qarpız sındırma rekordu (Həşimxanlı kənd klubunun pəhlivanları), qarpız tortunun kəsilməsi, konsert proqramı və qonaqlar üçün bayram ziyafəti nəzərdə tutulur.

Axşam saatlarda keçiriləcək festival bütün iştirakçılara əyləncəli anlar, xoş təəsürat və müsbət emosiyalar bəxş edəcək.

Qeyd edək ki, layihənin rəhbəri Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Nadir Məmmədovdur.

1news.az

Paylaş:
840

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər