Sabah temperatur bir neçə dərəcə aşağı düşəcək
Bakıda və Abşeron yarımadasında bazar günü hava şəraitinin günəşli olacağı gözlənilir.
1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin məlumat verilib.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Avşeron yarımadasında gecə 24-27° isti, gündüz 34-39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27°, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacağı gözlənilir.
1news.az