8 erməni əsgər xəsarət alıb | 1news.az | Xəbərlər
Ermənistan

8 erməni əsgər xəsarət alıb

13:12 - 15 / 08 / 2016
8 erməni əsgər xəsarət alıb

Bu gün səhər İrəvan yaxınlığında Ermənistan ordusuna məxsus hərbi maşın aşıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Şimal avtovağzalı yaxınlığında baş verib.

Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində 8 əsgər xəsarət alıb. Ümumilikdə yük maşınında 16 əsgər olub. Xəsarət alan əsgərlər hospitala yerləşdirilib.

Məlumata əsasən hadisəyə orduya məxsus maşının qarşısına “Niva” markalı avtomobilin çıxması səbə olub.

1news.az

Paylaş:
847

Son xəbərlər

Bütün xəbərlər