Türkiyədə Petkim-in sabiq baş direktoru həbs edilib
Türkiyədə hərbi çevriliş cəhdinin istintaqı çərçivəsində İzmir şəhərində Petkim Petrokimya Holding AŞ (Petkim) şirkətinin keçmiş baş direktoru Sadettin Korkut həbs edilib.
1news.az-ın Anadolu-ya istinadən verdiyi məlumata əsasən, İzmirin Aliaqa rayonunda FETÖ cərəyanı ilə bağlı 25 nəfər saxlanılıb.
Sadettin Korkut olmaqla onların 13-ü haqqında məhkəmə həbs qəti imkan qərarı çıxarıb.
Qalan 12 nəfər isə azadlığa buraxılıb.
Qeyd edək ki, S.Korkut Petkim-in baş direktoru vəzifəsindən ötən ay azad edilmişdi.
Onun yerinə Anar Məmmədov təyin olunmuşdu.
Qeyd edək ki, sentyabrın 6-sı şirkət Aliaqa rayonunda yerləşən ofisində fövqəladə ümumi toplanış keçirəcək.
1news.az
643