Kiçik və orta sahibkarlığın inkişafına dair yeni sorğu elan edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kiçik və orta sahibkarlığın inkişafına dair yeni sorğu elan edilib

11:12 - 16 / 08 / 2016
Kiçik və orta sahibkarlığın inkişafına dair yeni sorğu elan edilib

Bakı - Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara dair fikirləri öyrənmək üçün on-line qaydada sorğularını davam etdirir.

1news.az xəbər verir ki, bundan əvvəl vergi, gömrük, sosial müdafiə, miqrasiya və əmək qanunvericiliyinə dair keçirilən sorğularda yüzlərlə hüquqi şəxs, fərdi sahibkar və vətəndaş iştirak edib.

Artıq vətəndaş birbaşa islahat prosesinə töhfə verməklə islahatların daha inklüziv olmasını təmin edir. Bu dəfəki sorğuda aşağıdakı mövzuya dair təklif verilməsi xahiş olunur: "Kiçik və orta sahibkarlığın inkişafı üçün hansı təklifləri verərdiniz?"

Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir. Təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında aşağıdakı link vasitəsilə çatdırmaq mümkündür: http://iqtisadiislahat.org/online-application

Əlaqə

Məsumə Talıbova,

Ünvan: Bakı şəh, Neftçilər Pr.24 , Dalğa Plaza BM. ( AZ1095 )

Telefon: (012) 521 33 18

E-mail: [email protected]

Web: http://iqtisadiislahat.org/contact-us

https://www.facebook.com/iqtisadiislahat/

https://twitter.com/iqtisadiislahat

https://www.youtube.com/channel/UCRqqwouYQ0a5VVfEyLJe4pw

1news.az

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər