Dünya bazarında qızıl 9 dollara yaxın bahalaşıb
Amerika fond bazarında Dow Jones indeksi 0,12% - 18 573,94 bəndədək, S&P 500 0,19% - 2 182,22 bəndədək, NASDAQ 0,03% - 5 228,66 bəndədək artıb.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,50% - 6 859,15 bəndədək, Almaniya DAX-ı 1,30% - 10 537,67 bəndədək, Fransa CAC-40-ı 0,96% - 4 417,68 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 8,70 dollar bahalaşaraq 1 357,50 dollara, gümüş isə 0,17 dollar bahalaşaraq 19,82 dollara satılıb.
1news.az
687