Baş nazirin adı verilmiş kaktus
Almaniya siyasətçiləri iyul-avqust aylarında iki həftəliyə məzuniyyətə gedərək nəinki dincəlir, həm də müxtəlif regionlara yay səfərləri edirlər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən, Baden-Vürtemberq əyalətinin Baş naziri, “Yaşıllar” partiyasını təmsil edən Vinfrid Kreçman Xorb-am-Nekkar şəhərində kaktus bağına baş çəkib.
Siyasətçinin öz əli ilə əkdiyi və onun adı verilmiş kaktus bundan sonra bu səfəri xatırladacaq.
1news.az
571