MSK sədri aşağı seçki komissiyalarına xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Siyasət

MSK sədri aşağı seçki komissiyalarına xəbərdarlıq edib

14:11 - 20 / 08 / 2016
MSK sədri aşağı seçki komissiyalarına xəbərdarlıq edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov 2016-cı il sentyabrın 26-a təyin edilən referendumla bağlı bir sıra tapşırıq və tövsiyələr verib.

1news.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanda bundan əvvəlki seçkilərin yüksək səviyyədə baş tutduğunu bildirən M.Pənahov deyib ki, heç vaxt arxayınlaşmaq olmaz:

“İnsan fəaliyyətinin bütün sahələrində problemlər o zaman yaranır ki, arxayınlıq olur və işə laqeyd yanaşılır”.

M.Pənahov vurğulayıb ki, referendum tarixi əhəmiyyət kəsb edən bir prosesdir və bu məsələyə ciddi yanaşılmalıdır:

“Burada seçki komissiyaları rəhbərlərinin və üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Heç kimin referenduma qeyri-ciddi və ya laqeyd yanaşmağa haqqı yoxdur”.

M.Pənahov referendumla bağlı bütün tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, həm seçki komissiyalarının üzvlərinə seminarlar keçirilir, həm də yerlərdə maarifləndirmə işləri aparılır. M.Pənahov referendumun yüksək səviyyədə baş tutması üçün bütün şəraitin yaradıldığını və lazımi işlərin görüldüyünü vurğulayıb.

1news.az

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər