Putin Ərdoğana başsağlığı verib
Rusiya prezidenti Vladimir Putin Qaziantep şəhərində törədilən terror aktı nəticəsində onlarla dinc insanın həyatını itirməsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
V. Putin bildirib ki, baş verən hadisə bir daha beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini real olaraq birləşdirməsinin vacib olduğunu ortaya qoyub.
Rusiya prezidenti bir müddət əvvəl Sankt-Peterburqda əldə edilən razılaşmalar çərçivəsində Türkiyə ilə terrorizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını vurğulayıb. V. Putin terror aktı nəticəsində həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verib.
1news.az