Elmar Məmmədyarov Türkiyəli həmkarına başsağlığı məktubu göndərib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Türkiyəli həmkarına başsağlığı məktubu göndərib

09:45 - 22 / 08 / 2016
Elmar Məmmədyarov Türkiyəli həmkarına başsağlığı məktubu göndərib

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəli həmkarı Mövlud Çavuşoğluna Qaziantep vilayətində törədilmiş terror aktı ilə əlaqədar başsağlığı məktubu göndərib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, məktubda Elmar Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirdiyini ifadə edib.

O, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın bu terror aktından son dərəcə hiddətləndiyini, terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralanan və xəsarət alanların şəfa tapmasını dilədiyini bildirib.

Mövzu ilə əlaqədar oxuyun:

İlham Əliyevdən Ərdoğana məktub: “Bu xəbər bizi olduqca sarsıtdı”

Putin Ərdoğana başsağlığı verib

1news.az

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər