Bakıda investisiyaların cəlb edilməsi müzakirə edilib – FOTO
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İnvestisiya mühiti, investisiyaların cəlb edilməsi və qorunması” mövzusunda seminar təşkil edilib.
1news.az xəbər verir ki, seminarda DB və IFC-nin Doing Business üzrə missiya üzvləri Roberto Eçandi (özəl sektor üzrə aparıcı mütəxəssis), Gerlin Catanqui (baş əməliyyat mütəxəssisi), Axtar Mahmud (biznes tənzimlənməsi üzrə aparıcı mütəxəssis), Lili Begiaşvili (biznes tənzimlənməsi üzrə regional mütəxəssis) və İrina Kokaya (tapşırıq qrupunun rəhbəri) “İnvestisiya mühiti, investisiyaların cəlb edilməsi və qorunması” mövzusunda təqdimatla çıxış ediblər.
Tədbirdə diversifikasiya ilə bağlı çətinliklərin həll edilməsi, İnvestisiya mühiti islahatlarına kompleksli yanaşma, investisiyaların cəlb edilməsi və qorunub saxlanılması, Dünya Bankı Qrupunun investisiya siyasəti və bu kimi digər mövzularda müzakirələr aparılıb.
1news.az