Yavər Camalov İranın Azərbaycandakı səfirini qəbul edib
Sentyabrın 8-də müdafiə sənayesi naziri Yavər Camalov İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul etdi.
1news.az-ın məlumatına görə, nazir Azərbaycan ilə İran arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və iki ölkə arasında bir çox sahələri əhatə edən mövcud əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.
Nazir Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə İranın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Əli Seyfi də iştirak edib.
1news.az
637