Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Dağlıq Qarabağa dair məsləhətləşmələr aparıb | 1news.az | Xəbərlər
Siyasət

Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Dağlıq Qarabağa dair məsləhətləşmələr aparıb

15:53 - 08 / 09 / 2016
Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Dağlıq Qarabağa dair məsləhətləşmələr aparıb

Sentyabrın 8-i Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü baş tutub.

1news.az-ın Rusiya Federasiyasının XİN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumatına əsasən, görüşdə Dağlıq Qarbağ münaqişəsinin aktual məsələləri, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburqda görüşlərində əldə olunmuş razılıqların gedişatı müzakirə olunub.

Tərəflər həmçinin Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində mövcud şəraiti müzakirə ediblər.

Qeyd edək ki, məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) iştirak ediblər.

1news.az

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər