“Deutsche Welle” müxbirinin Dağlıq Qarabağa öz təşəbbüsü ilə səfər etdiyini bildirib | 1news.az | Xəbərlər
Siyasət

“Deutsche Welle” müxbirinin Dağlıq Qarabağa öz təşəbbüsü ilə səfər etdiyini bildirib

21:55 - 08 / 09 / 2016
“Deutsche Welle” müxbirinin Dağlıq Qarabağa öz təşəbbüsü ilə səfər etdiyini bildirib

Almaniyanın  “Deutsche Welle” (DW) teleradioşirkətinin müxbiri Naomi Konrad Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə DW müxbiri kimi yox,  fərdi şəxs qismində səfər edib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, bunu “RİA Novosti”yə “Deutsche Welle” şirkətinin mətbuat-katibi Kristof Yumpelt bildirib.

“Bizim əməkdaşımız  Naomi Konrad Qafqaz ölkələrində humanitar vəziyyət mövzusunda infoturda iştirak etmək üçün DW-də üç həftəlik müddətə işdən azad olunmuşdu. Səfəri Robert Boş Fondunun təqaüdü hesabına maliyyələşdirilib”, - deyə Kristof Yumpelt bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağa səfər Naomi Konradın şəxsi təşəbbüsü ilə olub: “Naomi Konrad Ermənistana DW-nin nümayəndəsi kimi səfər etməyib və orada DW üçün jurnalist qismində işləmir”, - deyə Yumpelt qeyd edib.

Azərbaycan XİN-i bundan əvvəl “Deutsche Welle”nin qeyd olunan əməkdaşının adını "arzuolunmaz şəxslər" siyahısına salınacağını bildirib.

1news.az

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər