Milli.az: Xədicə İsmayıl, Türkel Kərimli və Bako Saakyanın oğlu Azərbaycana qarşı | 1news.az | Xəbərlər
Siyasət

Milli.az: Xədicə İsmayıl, Türkel Kərimli və Bako Saakyanın oğlu Azərbaycana qarşı

17:40 - 16 / 09 / 2016
Milli.az: Xədicə İsmayıl, Türkel Kərimli və Bako Saakyanın oğlu Azərbaycana qarşı

Məlum olduğu kimi, sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib.

1news.az-ın milli.az-a istinadən verdiyi xəbərə görə, dinləmələrdə Xədicə İsmayıl, Türkel Kərimli (Əli Kərimlinin oğlu) və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç çıxış ediblər. 

Qabaqcadan təşkil edilmiş reklamın əksinə olaraq, dinləmələr çox sönük keçib. Tədbirdə cəmi 20 nəfərə yaxın adam iştirak edib, konqresmenlərdən isə yalnız ermənipərəst Cim Makqavernmüzakirələrə qatılıb. İştirakçıların əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olublar. 

Tədbirin videogörüntüsündə erməni diasporunun fəallarından olan Armen Saakyanın da dinləmələrdə iştirak etdiyi bəlli olub.

Qeyd edək ki, Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. A.Saakyan ABŞ-dakı erməni diaspronunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biridir.

Məlumat üçün bildirək ki, ötən il komissiyanın Azərbaycan üzrə dinləmələrində isə qondarma “DQR”-in ABŞ-dakı nümayəndəliyinin rəhbəri iştirak etmişdi. Əli Kərimlinin oğlunun əli Azərbaycan xalqının qanına batmış Bako Saakyanın oğlu ilə bilikdə Azərbaycana qarşı keçirilən tədbirdə iştirakı olduqca düşündürücü məqamdır. 
   
Tədbirin əvvəlində konqresmen Makqavern Dövlət Departamentinin nümayəndəsinin dinləmələrə dəvət edildiyini, lakin onlardan cavab ala bilmədiklərini deyib. Dinləmələrə Skype vasitəsilə qatılan Xədicə İsmayılisə ABŞ-ın Azərbaycandakı səfirliyinin və şəxsən səfir Robert Sekutanın fəaliyyətini kəskin tənqid edərək, onları "vətəndaş cəmiyyətinə lazımi dəstək verməməkdə və Azərbaycan hökumətindən qorxmaqda" günahlandırıb.

Tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq, 8 sentyabr tarixində konqresmen Kris Smit tərəfindən Azərbaycan rəhbərliyinə ünvanlanmış məktubun mətnini ictimaiyyətə açıqlayıb. Məktuba Kris Smitlə yanaşı, ABŞ Konqresində Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmenAdam Şifin imza atması bir daha ölkəmizə qarşı bu tipli hücumların arxasında məhz erməni lobbisinin durduğunu aydın göstərir.

1news.az

 

Paylaş:
1661

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər