Kosmoda otel açıla bilər
“Virgin Galactic” şirkətinin baş icraçı direktoru Riçard Branson kosmosda otel açmaq niyyətindədir.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin 2014-cü ildə kosmosa səyahət etmək üçün test uçuşu etdiyi hava gəmisi yerə çırpılmışdı.
Bundan sonra bu istiqamətdə çalışmalara ara verən “Virgin Galactic” planlarını yenidən həyata keçirmək istəyir. Şirkət 250 min dollar qarşılığında 6 nəfəri kosmos səyahətinə aparmaq istəyir. Səyahət edənlər isə tikilməsi planlaşdırılan oteldə qalacaqlar.
Məlumata görə, artıq 700 nəfər qeydiyyatdan keçib.
1news.az
726