Fransada Məhsət Gəncəvinin heykəli ucaldılıb | 1news.az | Xəbərlər
Dünya

Fransada Məhsət Gəncəvinin heykəli ucaldılıb

15:37 - 08 / 10 / 2016
Fransada Məhsət Gəncəvinin heykəli ucaldılıb

Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli ucaldılıb.

1news.az Həydər Əliyev Fonduna istinadən xəbər verir ki, əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği olan Heydər Əliyev Fondu Fransada “Nizami Gəncəvi və Məhsəti Gəncəvi: XII əsrlə XXI əsri birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində bir çox şəhərlərdə tədbirlər təşkil edib.

Fondun növbəti tədbiri Fransanın Konyak şəhərində dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi olub.

Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Tovuz və Konyak şəhərlərinin qardaşlaşmasının ilk layihəsi olan Məhsəti Gəncəvinin heykəlinin şəhər mərkəzində, meriyanın bağında ucaldılması burada əsl Azərbaycan mühiti yaradıb.

XII əsrin Azərbaycan intibah mədəniyyətinin zənginləşməsində xüsusi mövqeyi olan söz ustadlarından biri, poetik yaradıcılığı yerli və xarici şərqşünasların diqqət mərkəzində olan və yüksək qiymətləndirilən Məhsəti Gəncəvinin ağ mərmərdən hazırlanmış heykəlinin açılış mərasimi Konyak şəhərinin meri Mişel Qurənşanın çıxışı ilə başlayıb.

Konyak şəhərinin meri əvvəlcə ölkəmizlə əlaqələrdən danışıb. O, Konyakın minillik yubileyində Tovuz şəhər nümayəndə heyətinin iştirakını, iki şəhər arasındakı mədəni əlaqələrin getdikcə daha da möhkəmləndiyini qeyd edib. Məhsəti Gəncəvinin abidəsinin və “Oranjeri” zalının açılışının ikitərəfli münasibətlərin zənginləşməsinə xidmət edəcəyini bildirib. “Orenjeri” zalının sərgilərin təşkil olunmasına, hər iki şəhərin sakinlərinin bir-birinin mədəniyyətini yaxından tanımasına imkan yaradacağını vurğulayıb.

Sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək  Azərbaycanın zəngin tarixi, mədəniyyəti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyada, xüsusilə də Fransada həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.

Diplomat Tovuz və Konyak şəhərləri arasında imzalanan qardaşlaşma xartiyasına toxunaraq ikitərəfli münasibətlərin inkişafında onun rolunun əhəmiyyətini qeyd edib. O, Məhsəti Gəncəvinin hələ XII əsrdə əsərlərində qadınların hüquqlarını və kişi-qadın bərabərliyini müdafiə etdiyini diqqətə çatdırıb. Məhsəti Gəncəvinin əsərlərinin bu gün bir çox dillərə tərcümə olunduğunu və sevilə-sevilə oxunduğunu bildirib.

Məhsəti Gəncəvinin əsərlərinin 900 illiyinin 2013-cü ildə UNESCO-da təntənəli şəkildə qeyd olunduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Müluz Yuxarı Elzas Universitetində Məhsəti Gəncəvi adına zalın fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. E. Əmirbəyov Konyakda Azərbaycanın böyük şairəsinin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.

Sonra Konyakın merinin müavini Jan-Fransua Herouard Məhsəti Gəncəvinin yaradıcılığından danışaraq həzin musiqi sədaları altında onun rübailərindən bir neçəsini söyləyib.

Tədbir iştirakçıları Məhsəti Gəncəvinin heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.

Açılış mərasimindən sonra meriyada təşkil olunan kokteyldə tarzən Rövşən Qurbanovun və kamança ustası Ceyhun Muradovun müşayiəti ilə Gülay Zeynallı muğamlarımızı ifa edib. Tədbir iştirakçıları Azərbaycan muğamlarına valeh olduqlarını bildiriblər.

1news.az

Paylaş:
544

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər