Bu otel dünyada ilk olacaq | 1news.az | Xəbərlər
Dünya

Bu otel dünyada ilk olacaq

16:26 - 08 / 10 / 2016
Bu otel dünyada ilk olacaq

Dubayda dünyada ilk dəfə olaraq tropik meşəsi olan otel açılacaq.

1news.az Azərtac-a istinadən xəbər verir ki, tikintisi 2018-ci ildə yekunlaşdırılacaq “Rosemont Hotel & Residences” otelinin dəyəri 300 milyon dollardır.

“ZAS Architects” memarlıq studiyasının layihəsi ilı inşa edilən beş ulduzlu oteldə 450 nömrə, gözəl restoranlar, VİP salonlar, SPA mərkəzləri, konfrans zalları və s. nəzərdə tutulub.

Maraqlısı odur ki, otelin 5-ci mərtəbəsində 7 min kvadratmetr sahəyə malik tropik meşə salınacaq və burada ekzotik ağaclar əkiləcək.

Layihədə, həmçinin qonaqların istirahəti üçün süni çimərlik və hovuz da planlaşdırılıb.

1news.az

Paylaş:
805

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər