Adolf Hitlerin özünün yazdığı ilk tərcümeyi-halı tapılıb | 1news.az | Xəbərlər
Dünya

Adolf Hitlerin özünün yazdığı ilk tərcümeyi-halı tapılıb

18:56 - 08 / 10 / 2016
Adolf Hitlerin özünün yazdığı ilk tərcümeyi-halı tapılıb

Şotlandiyalı tarixçi Tomas Veber iddia edir ki, 1923-cü ildə dərc olunan "Adolf Hitler: həyatı və çıxışları" kitabı diktatorun özü tərəfindən yazılıb.

1news.az “Report”-a istinadən xəbər verir ki, Veberin CAR-da araşdırdığı bir sıra sənədlər böyük ehtimal ilə onu göstərir ki, kitab əvvəllər hesab olunduğu kimi hərbçi Baron Adolf Viktor fon Kerber tərəfindən deyil, məhz Hitlerin özü tərəfindən yazılıb.

Tərcümeyi-halda Hitlerin çıxışlar toplusu yer alıb ki, burada o özünü İsa Məsih (ə) ilə müqayisə edir və iddia edir ki, onun nitqləri "Yeni İncil" olmalıdır.

Veberin fikrincə, tərcümeyi-hal Hitlerin timsalında "Almaniyanın xilaskarı" obrazını yaratmaq üçün yazılıb.

1news.az

Paylaş:
959

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər