İntihar edən tələbənin son mesajı: “Haqqını halal et”- FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihar edən tələbənin son mesajı: “Haqqını halal et”- FOTO - YENİLƏNİB

15:54 - 11 / 10 / 2016
İntihar edən tələbənin son mesajı: “Haqqını halal et”- FOTO - YENİLƏNİB

Dünən Bakı şəhərinin Nizami rayonunda Bakı Ali Neft Məktəbinin (BANM) 4-cü kurs tələbəsi Abbasov Hüseynin özünü SOCAR-ın gənc mütəxəssisləri üçün yataqxanasının 11-ci mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı danışıb.

1news.az-ın lent.az-a istinadən məlumatına görə, adının açıqlanmasını istəməyən tələbə deyib ki, həmişə onun köməyə ehtiyacı olduğunu hiss edib:

“Mənə yaxın idi və bacardığım qədər kömək edirdim. İntiharından yarım saat əvvəl təsadüfən yataqxana liftində qarşılaşdıq. Mən dərsdən gəlirdim, o isə 11-ci mərtəbəyə çıxırdı. Soruşdum ki, sən 4-cü mərtəbədə qalırsan, niyə 11-ə çıxırsan? Cavab verdi ki, orda bir nəfərlə görüşəcək və daha sonra Gəncəyə gedəcək. Mən liftdən düşəndən 10 dəqiqə sonra yazdı ki, “haqqını halal et”. Yemək yediyim üçün mesajı gec gördüm”.

Yaxın dostu 20 yaşlı Hüseynin ailəsi ilə probleminin olduğunu qeyd edib və dostunun təhsilini başqa sahədə davam etdirmək istədiyini atasının isə buna qarşı çıxdığını deyib:

“O, universitetdən çıxıb başqa nə olur olsun, oxumaq istəyirdi. Amma atası razı olmurdu”.

1news.az

14:49

“Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib”.

1news.az xəbər verir ki, bu barədə APA-ya BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova bildirib.

Z. Kazımova deyib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

“İstintaq getdiyindən hadisənin səbəbləri barədə məlumat verilmir. Məlumata görə, o, son vaxtlar özünə qapanıb, son bir ayda dərslərdə iştirak etməyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıb” – deyə, Z. Kazımova qeyd edib.

BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verir.

1news.az

13:30

Xəbər verdiyimiz kimi, Bakıda intihar hadisəsi baş verib.

1news.az AzVision.az-a istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi olan Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü 11-ci mərtəbədən atıb.

Mərhumun atası Maarif Abbasov oğlunun bir neçə fənndən kəsiri olduğunu bildirib.

O, istintaqa ifadəsində oğlunun əlaçı olduğunu deyib: "Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".

Tələbə yoldaşları Hüseyn Abbasovun son günlər sıxıntı keçirdiyini söyləyiblər.

1news.az

10:39

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

1news.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Maarif Hüseyn oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb.

O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, M.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
21062

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər