Pol Rayan: Trampı müdafiə etməyəcəm
ABŞ-ın Respublikaçılar partiyasının yüksək vəzifəli təmsilçisi Pol Rayan eyni partiyadan olan həmkarı, prezidentliyə namizəd Donald Trampı müdafiə etməkdən imtina edib.
1news.az-ın The Guradian-a istinadən verdiyi məlumatına əsasən, buna səbəb Trampın qadınları təhqir edən və söyüş söyən videosunun üzə çıxmasıdır.
Tramp isə Twitter hesabı vasitəsi ilə Rayanın onunla münaqişəyə girərək boşuna vaxt xərcləməməsini tövsiyyə edib.
Qeyd edək ki, rəqibi Hillari Klintonla debatlarda nümayiş etdirilən videodakı söyüşləri Donald Tramp “soyunma otağı dili” kimi qələmə verib.
Bundan əlavə, videoda əks olunandan fərqli olaraq Tramp heç bir qadına zorakılıq tətbiq etmədiyini bildirib.
Qeyd edək ki, həmin video 2005-ci ildə çəkilib.
Videoda Tramp evli qadınla cinsi əlaqəyə girməyə çalışdığını etiraf edir və qadınlara qarşı nalayiq sözlər istifadə edir.
1news.az