“Sadələşdirilmiş verginin ödəyiciləri üçün praktiki vəsait” istifadəyə verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Sadələşdirilmiş verginin ödəyiciləri üçün praktiki vəsait” istifadəyə verilib

12:30 - 11 / 10 / 2016
“Sadələşdirilmiş verginin ödəyiciləri üçün praktiki vəsait” istifadəyə verilib

Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Aktual” bölməsində “Sadələşdirilmiş verginin ödəyiciləri üçün praktiki vəsait” bölməsi istifadəyə verilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, bölmənin yaradılmasında məqsəd sadələşdirilmiş verginin ödəyicilərinin maarifləndirilməsidir.

Vəsaitdə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin onlayn qaydada tərtib edilərək vergi orqanına göndərilməsinə dair video təlimatlar da hazırlanaraq yerləşdirilib.

Qedy edək ki, cari ilin oktyabr ayı sadələşdirilmiş vergi üzrə hesabat dövrüdür. Bu baxımdan vergi ödəyicilərinin praktiki vəsait və video təlimatlarla maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Vəsaitdə vergi ödəyicilərinə sadələşdirilmiş verginin hesablanması və bəyannamənin tərtib edilərək vergi orqanına təqdim edilməsi üçün nəzəri məlumatların verilməsi ilə yanaşı, həm də bu məsələlərlə bağlı praktiki biliklər təqdim olunur. İstifadəçilər vəsaitdəki bölmələrdən istifadə etməklə  sadələşdirilmiş verginin hesablanması haqqında geniş məlumat almaq, vergi bəyannaməsinin tərtib edilməsi və vergi orqanına təqdim edilməsi qaydaları ilə tanış olmaq olar.

“Sadələşdirilmiş vergi haqqında” bölmədə “Sadələşdirilmiş verginin ödəyicisi hansı hallarda ola bilərəm?”, “Nə qədər  sadələşdirilmiş vergi ödəməliyəm?” suallarının cavabı ətraflı şəkildə verilib. “Sadələşdirilmiş verginin bəyannaməsi haqqında” bölməsində isə “Bəyannaməni nə vaxt  təqdim etməliyəm və vergini nə zaman ödəməliyəm?”, “Bəyannaməni necə tərtib edə bilərəm?”, “Rübün heç bir ayında gəlirim və işçim olmadığı halda nə etməliyəm?”,  “Rüb ərzində gəlir əldə etdiyim, lakin təsərrüfat subyektim olmadığı və ya 1 təsərrüfat subyektim olduğu halda nə etməliyəm?”, “Rüb ərzində gəlir əldə etdiyim və 2 və ya daha çox təsərrüfat subyektim olduğu halda nə etməliyəm?”,  “Bəyannamənin Əlavə 1-ni nə vaxt təqdim etməliyəm?” kimi suallar ətraflı cavablandırılıb.

“Sadələşdirilmiş verginin bəyannaməsinə aid Video təlimatlar” alt bölmədə isə “1 və 3 nömrəli Əlavəsiz “Sadələşdirilmiş verginin bəyannaməsi”nin doldurulması”, “Heç bir dövriyyə və işçi olmadığı halda “Sadələşdirilmiş verginin bəyannaməsi”nin doldurulması”, 3 nömrəli Əlavə ilə birlikdə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin doldurulması” üzrə video təlimatlar yer alır. Bundan başqa, praktiki vəsaitdə “Sadələşdirilmiş verginin bəyannaməsi və onun 1 və 3 nömrəli Əlavələrinin doldurulması Qaydaları” və “Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi” elektron xidməti üzrə İnzibati Reqlamentlə də tanış olmaq mümkündür.

1news.az

Paylaş:
1124

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər