Allahşükür Paşazadə, Mübariz Qurbanlı və Kamal Abdulla Aşura günündə qan verdi - FOTO
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Aşura günü ilə əlaqədar “Təzəpir” Məscidində qan verib.
1news.az “Report”a istinadən xəbər verir ki, qanvermə aksiyasına ictimai xadimlər də qoşulub.
Qeyd edək ki, Səhiyyə Nazirliyi və QMİ Aşura günündə 15 məsciddə qanvermə aksiyası keçirir.
1news.az
1215