Neft ucuzlaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft ucuzlaşmaqda davam edir

09:36 - 13 / 10 / 2016
Neft ucuzlaşmaqda davam edir

Dünya bazarında neftin qiyməti aşağı düşür.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,76 faiz azalaraq 49,80 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 faiz azalaraq 51,44 dollar olub.

Azərbaycan neftinin də ucuzlaşması davam edir. Belə ki, "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 0,67 dollar və ya 1,27% azalaraq 52,21 dollar təşkil edib.

1news.az

 

Paylaş:
636

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər