Fuad Muradov: “Xocalıya şəhər kimi də xüsusi status verilməlidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Muradov: “Xocalıya şəhər kimi də xüsusi status verilməlidir”

22:54 - 14 / 10 / 2016
Fuad Muradov: “Xocalıya şəhər kimi də xüsusi status verilməlidir”

“Təbii ki, şəhid ailələrinə dövlət tərəfindən, cənab Prezident tərəfindən diqqət və qayğı var. Son “Aprel döyüşləri”ndən sonra, biz gördük ki, cəmiyyətimiz orduya necə böyük dəstək nümayiş etdirdi. Bunlar hamısı dövlətin düzgün siyasəti nəticəsində həyata keçirilən tədbirlərdir. Biz bu tədbirləri dəstəkləyirik”.

1news.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İdman və gənclər komitəsinin sədri Fuad Muradov deyib.

Deputat bildirib ki, şəhid ailələri ilə bağlı qanunvericilik istiqamətində bir çox məsələlər həll olunub:

“Amma dünyanın bir çox yerində belə ailələrlə bağlı problem mövcuddur. Azərbaycan bu istiqamətdə örnək bir ölkədir. Biz şəhidlərimizi heç vaxt unutmuruq. Onların valideynlərinə və övladlarına çox böyük qayğı və dəstək var. Xocalıdan olan, ata-anasını itirmiş 25 gəncə və digər şəhid ailələrinə göstərilən xüsusi qayğı, diqqət və köməyə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkür edirəm. Son illər ərzində onların bir çox məsələsi Fond tərəfindən həll olunub. Xocalı məsələsi bizim üçün həm də dünyaya bu soyqırımının çatdırılması baxımından vacibdir. Bu, çox böyük siyasi əhəmiyyət daşıyır. Xocalıdan olan 25 kimsəsiz gənclə bağlı ayrıca mexanizim fikirləşməliyik”.

Millət vəkilinin sözlərinə görə, Xocalıya soyqırımına məruz qalmış şəhər statusunun verilməsi məsələsinə də baxılmalıdır:

“Dünya təcrübəsindən də görürük ki, Bosniyada Srebrennitsa və digər başqa şəhərlərdə törədilmiş soyqırımları, o faciələri yaşamış insanlarla bağlı xüsusi işlər gedir. Biz həmin gənclərlə bağlı müvafiq olaraq, Səlim müəllimə müraciət etmişik”.

F.Muradov daha sonra bildirib: “Biz 25-26 il ərzində çalışmışıq ki, Xocalı soyqırımını müxtəlif parlamentlər tanısın, müxtəlif dövlət qurumları çərçivəsində yanaşma dəyişsin. Və bu gün nəticələr var. Ona görə də xahiş edirəm ki, Hadı müəllimlə də bu məsələyə baxaq. Bu məsələdə cəmiyyətin razılığı, ölkə rəhbərliyinin siyasəti ortadadır, bizim QHT də bu işdə çox fəaldır. Parlamentin üzvləri də hər zaman şəhid ailələrinə xüsusi diqqət yetirir. Xeyir və şərlərində hər zaman iştirak edirlər. Ortada daha çox müsbət məsələlər var. Biz bunları qabartmırıq, amma bəzən hansısa sarı mətbuat yazır ki, filan şəhid ailəsinə hörmətsizlik olundu. Təbii ki hüquqi mexanizmlər var, biz onlara baxırıq. Əgər məntiqli təklif varsa, bunu nəzərdən keçiririk. Sadəcə olaraq, Xocalı məsələsində həmkarlarımla razıyam ki, burada xüsusi diqqət və yanaşma olmalıdır. Ola bilsin ki, bəzi büdcə məsələləri var, biz onlarla bağlı müzakirələr aparırıq. Yaxşı olardı ki, o gənclərin gələcək statusu ilə bağlı burada xüsusi təşəbbüs irəli sürək və eyni zamanda Xocalıya şəhər kimi də xüsusi status verilməlidir. Çünki bizdən soruşurlar ki, axı o status nədir? Yanaşmanız necədir? Və təbii ki biz çalışırıq bu sualları məntiqli cavablandıraq. Yəni bu məsələlər qanunvericilik çərçivəsində öz əksini tapmalıdır”.

1news.az

Paylaş:
578

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər