Bakıda iki nəfər bir-birini bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki nəfər bir-birini bıçaqlayıb

14:34 - 15 / 10 / 2016
Bakıda iki nəfər bir-birini bıçaqlayıb

Maştağada bıçaqlanma hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, Maştağa qəsəbə sakinləri Qəzənfər Ələsgərov və Əfqan Quliyev münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər.

Xəstəxanaya yerləşdirilən Əfqan Quliyevin vəziyyəti ağır, Qəzənfər Ələsgərovun vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
692

Son xəbərlər

Bütün xəbərlər