Lənkəran sakini atasını və qardaşını bıçaqladı
Ailə münaqişəsi zəminində Heydərli Samir Müdəris oğlu 80 yaşlı atasını və 47 yaşlı qardaşı Mahirə bıçaqla ağır bədən xəsarətləri yetirib.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhəri Axundzadə 25 ünvanında baş verib.
İlkin məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Mahir Heydərli boyun və bel nahiyyəsindən kəsilmiş-deşilmiş yara aldığından çoxlu qan itirib. O, cərrahiyyə əməliyyatına götürülüb. Hazırda əməliyyat davam edir. Boyun və boğaz nahiyələrində kəsimiş yaraları olan ata rayon prokurorluğuna gedərkən yolda halı pisləşdiyindən onu da xəstəxanaya çatdırıblar. Ancaq ilkin müayinədən sonra ambulator yardım göstərilib.
Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları atasını və qardaşını bıçaqladığını etiraf edən Samir Heydərlini saxlayaraq istintaqa təhvil veriblər. Hadisə yerində bıçaq maddi-sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır. Heydərli Samir Müdəris oğlu psixi pozğunluğu olduğu da bildirilib.
1news.az