Fəxrəddin Manafov: “Bəxtim gətirdi…” | 1news.az | Xəbərlər
Cəmiyyət

Fəxrəddin Manafov: “Bəxtim gətirdi…”

20:06 - 16 / 10 / 2016
Fəxrəddin Manafov: “Bəxtim gətirdi…”

Bu gün Azərbaycan Dövlət Rus Dram teatrında "Kazanova" tamaşası nümayiş olunub.

1news.az publika.az-a istinadən bildirir ki, 2Teatra Addımla” layihəsinin növbəti ulduz qonağı xalq artisti Fəxrəddin Manafov olub.

Kazanova rolunu ifa edən Fəxrəddin Manafov tamaşadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Tamaşanın anşlaqla bitməsi onu göstərdi ki, insanlar sizin üçün darıxıb. Uzun müddətdir ki, efirlərdə görünmürsünüz.

- Televiziya verilişlərinə tez-tez çıxmağa imkan olmur. Çünki işlərimiz çoxdur və nə yaxşı ki çoxdur. Proqramlarda tez-tez görünməməyimin digər bir səbəbini isə bir növ kaprizlə izah etmək olar. Təəsüflər olsun ki, məni maraqlandıran hansısa məqamlar və ya səbəblər olmur.

- Tamaşada sevgi dərsini öyrədən müəllim rolunu ifa etdiniz. Maraqlıdır ki, o dərsləri həyatda da tətbiq edirsiniz? Və sevgini qorumağın hanısa üsulu var? Yoxsa, o da hər şey kimi nə vaxtsa tükənir və bitməyə məhkumdur...

- Əgər sevgi birtərəflidirsə, onu qorumaq mümkün deyil! Əgər sevgi qarşılıqlıdırsa, onda o əbədidir! İnanın mənə...

- Bəs dövrümüzün "Təhminə və Zaur"-u olacaq film var?

- Bu filmin ekranlara çıxmasından artıq 30 il ötüb. Allah Rasim Ocaqova rəhmət eləsin. O, bu günki nəsil üçün də əhəmiyyətini itirməyən böyük sənət əsəri qoyub gedib. Mənim bəxtim onda gətirdi ki, Rasim Ocaqova rast gəldim və Azərbaycan tarixində böyük iz qoyan filmdə çəkilmək şansı qazandım. Amma illər ötdükcə mənə elə gəlir ki, indi filmə başqa tərəfdən baxılır. Təbii ki, məhəbbət öz ritmində qalır və sizin də həyatınızda məhəbbət olub... Məhəbbət o qədər güclü və əsl həqiqətdir ki, siz gözünüzü məndən ona görə çəkə bilmirdiniz. Əslində isə siz məndən yox, təsəvvürünüzə gətirdiyiniz o gəncdən təsirlənirdiniz. O ki qaldı mənə artıq 62 yaşına qədəm qoymuş insanam. O filmdən illər ötüb.

Mən illər əvvəl gənc olanda "Romeo və Culyetta" və yaxud "Leyli və Məcnun"-a baxanda fikirləşirdim ki, bir gün elə bir dövr gələcək ki, ondan da güclü film çəkəcəklər. Ümumiyyətlə, məhəbbət haqqında çəkilən filmlər özü-özlüyündə çox güclü olur. Niyə? Çünki məhəbbət həqiqətdir və ondan böyük duyğular mövcud deyil. İnsan durduqca, insan yaşadıqca və həyat var olduqca məhəbbət də olacaq. "Təhminə və Zaur" filmi çox ürəklərə yol tapıb, zövqlərə xitab edib, o zamanı əhatə edib. İnanın ki, zamanla yeni-yeni filmlər çəkiləcək və orda oynayan hansısa maraqlı azərbaycanlı gənc aktyora 30 ildən sonra da jurnalistlər bu sualı verəcəklər.

- "Əli və Nino" filmi haqqında sizin fikirlərinizi bilmək maraqlı olardı.

- Bu bizim üçün çox böyük uğurdur. Bu gözəl əsər axır ki erkanlaşdırıldı. Bütün bunlara görə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanıma minnətdarlığımızı bildirməliyik. Əsərin ekranlaşdırılmasında və tamaşaçılara çatdırılmasında onun rolu əvəzsizdir.

- Sizcə, film dünya miqyasında tanına və sevilə biləcək?

- "Əli və Nino" artıq ABŞ-ın nüfuzlu beynəlxalq film festivalında nümayiş olunub və digər ölkələrdə də nümayiş olunmaqdadır. Biz balaca ölkə olsaq da, böyük addımlarla inkişaf edirik. Filmin çəkilməsi bizdə kino sahəsinin inkişafı üçün böyük nailiyyətdir. İnşallah gələcəkdə yeni layiləhərə imza atarıq.

- Tamaşaçıların sizə qarşı olan sevgisini görəndə heyrət etməmək mümkün deyil. Sizi sevmək niyə bu qədər asandır?

- Mən dəqiqliyi ilə deyə bilərəm ki, çox səmimi adamam. Səmimilik insanı sevdirən əsas əbəblərdən biridir. Başqa heç nə!

1news.az

Paylaş:
453

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər