Dünya çempionunun qızı güllələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya çempionunun qızı güllələnib

20:34 - 16 / 10 / 2016
Dünya çempionunun qızı güllələnib

ABŞ-da məşhur sprinter, üçqat dünya çempionu Tayson Qeyin qızı öldürülüb.

1news.az APA-ya istinadən xəbər verir ki, nsident oktyabrın 16-a keçən gecə Leksinqton şəhərində baş verib.

Polisin məlumatına görə, 15 yaşlı Triniti Qey bir qrup şəxs arasında baş verən silahlı insident zamanı güllə yarası alıb. Xəstəxanaya çatdırılan qızı xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd olunur ki, Triniti Qeydə idmançı olub, gənclər üzrə bir sıra yarışların mükafatını qazanıb.

1news.az

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər