Gənc azərbaycanlı şeir toplusunun təqdimatını etdi – FOTO
Bu yaxınlarda “Kitabevim.az” kitab evində 16 yaşlı şair Məhəmməd Turanın “Şeir Sevgilim” adlı şeir toplusunun təqdimatı keçirilib.
1news.az-a müsahibəsində gənc şair uşaq vaxtlarından, hərifləri öyrəndikdən sonra, poeziya ilə məşğul olduğunu bildirib.
Turanın sözlərinə görə, onun əsərlərinin əksəriyyəti sevgiyə aiddir və gənc yaşlarına baxmayaraq öz həyat təcrübəsindən ilham aldığını deyib.
“Şeir yazmağımın hansısa bir xüsusi səbəbi yoxdur. Sadəcə olaraq, əgər insanın içində deyiləsi nə isə varsa, onu ifadə etmək lazımdır. Əks təqdirdə həyata davam etmək mümkün olmayacaq. Və mən özünəməxsus metod tapmışam – öz hisslərimi qafiyə ilə ifadə edirəm”, - deyə gənc şair bildirib.
Təqdimat mərasimi şair Fərqanə Məmmədovanın giriş nitqi ilə başladı.
Öz nitqində F.Məmmədova poeziyada yeni istiqmaətlər açan və köhnə ənənələri canlandıran müasir yazıçı və şairlərin sayəsində ictimayyətin son vaxtlar oxumağa daha çox diqqət yetirdiyini qeyd edib.
Qonaqlar həmçinin gənc şairin istedadını vurğulayan və ona gələcək yaradıcılığında uğurlar arzulayan Dayandur Sevgin, Ayaz Ərəbçi, Həmzəli İlyas, Qəşəm Nəcəfzadə, Balayar Sadiq, Aləmzar Sadiqqızı, Narıngül Nadirqızı, Nuranə Nurun və digər qələm ustalarının çıxışlarına qulaq asıblar.
O isə öz növbəsində tədbir boyu şeirlər toplularını imzalayaraq təqdimatda iştirak edənlərə paylayıb.
Qeyd edək ki, Məhəmməd Turan (Hacıyev) 2000-ci ildə Şəmkirdə anadan olub.
Gənc yaşlarından o poeziya və ədəbiyyata böyük diqqət yetirib, əsərləri «Ədəbiyyat», «525-ci qəzet», «Kaspi», «Ədalət» və sair qəzetlərdə dərc edilib.
Hazırda M.Turan Əhməd Cavad adına orta məktəbin 11-ci sinfində təhsil alır.
1news.az