Silahlı Qüvvələrimizin tankları təlimə başladı - FOTO
2016-cı il üçün hazırlıq planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir.
1news.az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.
Nazirlikdən bildirilib ki, məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.
1news.az
823