Gələn ay 73 dövlət əmlakı özəlləşməyə çıxarılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn ay 73 dövlət əmlakı özəlləşməyə çıxarılacaq

23:41 - 17 / 10 / 2016
Gələn ay 73 dövlət əmlakı özəlləşməyə çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ümumilikdə 73 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 8 noyabr tarixində keçiriləcək növbəti hərrac elan edilib.

Komitədən 1news.az-a verilən məlumata görə, bu dəfəki hərraca 25 səhmdar cəmiyyəti, 43 kiçik dövlət əmlakı və 5 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “İmişli Pambıq”, “Neftçala Pambıq”, “Sabirabad İnşaat Sənaye”, “Gəncə Sənaye Tikinti”, “Bərdə Mexaniki Təmir”, “Kürdəmir Quşçuluq”, “Oğuz Kəndkimya”, “Tərtər Konserv” və digər bu kimi müəssisələr aiddir. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca 43 kiçik dövlət əmlakından 13-ü kiçik dövlət müəssisə və obyekti, 30-u Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələridir. Bunlar sırasında 10 kvadrat metrdən başlayaraq 1700 kvadrat metrədək olan obyektlər var.

Bəzi dövlət əmlakları torpaq sahəsi ilə birgə hərraca çıxarılıb və bu zaman tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Hərrac elanında isə həm torpaq sahəsinin, həm də tikilinin və eləcə də hər ikisinin hərraca çıxarılan ümumi ilkin satış qiyməti göstərilib.

Hərrac qiymətləri 3000 manatdan başlayaraq 2,7 milyon manatadəkdir. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan 6 dövlət əmlakı Bakının Nəsimi, Binəqədi, Nizami, Sabunçu, Xəzər rayonu və Sumqayıt şəhərində yerləşir.

Hərracda ən yüksək qiyməti olan dövlət əmlakı Bakının Nizami rayonunda yerləşən və torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılmış Təsərrüfat hesablı Təmir-tikinti sahəsidir. Belə ki, torpaq sahəsi 7869,1 kv.m və ümumi faydalı sahəsi 958,1 kv.m olan dövlət əmlakının ilkin satış qiyməti 2.658.500 manatdır.

Start qiyməti yüksək olan digər dövlət əmlakları paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyası və Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 750 min və 800 min manat ilkin satış qiyməti olmaqla hərraca çıxarılıb. Ən aşağı start qiymətinə (3 min manat) malik dövlət əmlakı isə Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.

Xatırladaq ki, qarşıdan gələn növbəti hərrac 25 oktyabrda keçiriləcək. Hərraca ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb. Bunun 26-sı səhmdar cəmiyyəti, 36-sı kiçik dövlət müəssisə və obyekti, 22-si isə nəqliyyat vasitəsidir.

Bu müəssisələrin özəlləşdirilməsində iştirak etmək istəyən şəxslər obyektlər baradə ətraflı məlumatları privatization.az portalından əldə edə bilərlər. Bu məlumatlara obyektlərin fotoşəkilləri, ünvanı, sahəsi və digər zəruri göstəricilər daxildir. Eyni zamanda hərraca çıxarılan əmlaklar barədə məlumatları komitənin rəsmi internet saytı vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.

Nəzərinizə çatdıraq ki, hərraclar açıq keçirilir və istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir.

Qeyd edək ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Bununla yanaşı hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

1news.az

 

Paylaş:
744

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər