Səbail rayonunda ilin doqquz ayının yekunları müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Səbail rayonunda ilin doqquz ayının yekunları müzakirə olunub – FOTO

15:38 - 18 / 10 / 2016
Səbail rayonunda ilin doqquz ayının yekunları müzakirə olunub – FOTO

Səbail Rayon İcra Hakimiyyətində cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

1news.az-ın məlumatına görə, rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan  Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, müstəqilliyimizin bərpasının 25 illiyi tamam olur. Bu müddət ərzində Azərbaycan xalqı dövlət quruculuğu prossesində ən ümdə amal, arzu və istəklərini reallaşdıraraq bütün sahələrdə əldə etdiyi nailiyətlərlə fəxr edirlər.

Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib, ölkə iqtisadiyyatı inkişaf edib. Bu gün isə inkişafın Azərbaycan modeli dünyada bir nümunəyə çevrilib, bir çox yerlərdə Azərbaycanın təcrübəsi öyrənilir.

E.Əzizov ötən 9 ay ərzində ölkədə əldə olunmuş uğurlar, həyata keçirilən layihələr barədə məlumat verərək Səbail rayonunda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışıb.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirib ki, cari ilin 9 ayında Səbail rayonu üzrə iri sənaye  müəssisələri tərəfindən 14 milyard 177,3 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artıb, iri nəqliyyat  müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 287,6 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,3  faiz az olub. Rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri 92.8 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.3 faiz azdır.

9 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 6 milyard 471.4  milyon manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,8 faiz çox, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 4.281,0  milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26.0 faiz  çox olub.

Rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  304.9 milyon manat məbləğində  və ya ötən ilin eyni dövründən 3,8 faiz çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən əhaliyə 114.6 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 çoxdur.

İlin əvvəlindən Səbail rayonunda çalışan işçilərin sayı 113844  nəfər, orta aylıq əmək haqqının məbləği isə 1318.1 manat olub ki, bu da keçən illə müqayisədə 17.2  % çoxdur.

9 ay ərzində Səbail rayonu ərazisində 2765 yeni daimi iş yeri,  ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.10.2016-ci il tarixinə kimi  51285  yeni iş yerləri açılıb ki, bunun da 47817-si daimi iş yerləridir.

9 ay ərzində  Səbail rayonunda 659 doğum və 318 ölüm,  826  nikah və 182 boşanma halları qeydə alınıb. 

Rayonda aparılan tikinti-abadlıq işləri barədə məlumat verən E.Ağayev bildirib ki, cari ildə rayonda Bakı Ali Neft Məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, Bakı Baş Gömrük İdarəsi üçün yeni inzibati binanın tikintisi və Bibiheybət qəsəbəsindəki “Şıx” sanatoriyasında əsaslı təmir-yenidənqurma işləri başa çatıb. Hazırda rayon ərazisində “Xəzər Waterfront” ticarət-əyləncə mərkəzinin, Bakı Media Mərkəzinin, yeni “İnterkontinental” mehmanxanasının, jurnalistlər üçün yeni binanın tikintisi və “Dinamo” mehmanxanasının, İncəsənət muzeyinin əsaslı təmiri aparılır.

Мart ayında  Badamdar qəsəbəsində yaradılmış “Abad Məhəllə”nin davamı olaraq, Bayıl yaşayış sahəsindəki Aydın Məmmədov küçəsi 74 ünvanında yerləşən məhəllədə RİH tərəfindən əsaslı təmir işləri aparılıb. Burada binanın fasad və giriş hissələri, eyvanlar təmir olunub, blok qapıları dəyişdirilib, pilləkənlər yenidən qurularaq bura aqlay döşənib, geniş söhbətgah və oturacaqlar, uşaqlar üçün əyləncə və müxtəlif idman qurğuları quraşdırılıb, süni örtüklü mini stadion tikilib.

RİH tərəfindən Bibiheybət qəsəbəsində “Şıx” ərazisindəki dağ massivində “Ekoloji park”ın yaradılması işləri davam etdirilib və ilin əvəlindən parkda 24 ha sahədə 70 min yeni ağac əkilərək onlara gündəlik qulluq göstərilir. Hazırda növbəti 10 ha-da suvarma sistemi qurulub və yeni ağaclar üçün çalalar qazılıb.

Hazırda Dövlət Proqramına uyğun olaraq  Badamdar qəsəbəsində 3 ədəd yeni su anbarının tikintisi davam edir.

Qeyd olunub ki, “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində  Badamdar  qəsəbəsində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sürətlə davam edir, əsas küçələrdə qazılan xəndəklər doldurularaq hissə-hissə asfaltlanır və  işlər başa çatdıqdan sonra sakinlər gün ərzində su ilə təchiz olunacaq, kanalizasiya ilə bağlı problemlər tam həllini tapacaq.

Badamdar qəsəbəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində RİH tərəfindən 1-ci yaşayış massivi, 9-cu döngə küçəsində böyük abadlıq işləri aparılıb, həmçinin RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı layihələndirmə işləri aparılıb və yaxın vaxtlarda bu işlərə başlanacaq.

Bundan başqa şəhərin mərkəzində yerləşən yaşayış binalarının fasadlarının üzlənməsi  və dam örtüyünün təmiri işləri çərçivəsində müvafiq işlər həyata keçirilib, Puşkin küçəsi 10 və Mətbuat prospekti 2 ünvanlarındakı binalarda təmir işləri artıq başa çatmaq üzrədir.

Diqqətə çatdırılıb ki, ölkə başçısının təşəbbüsü ilə rayon ərazisində tikinti, xüsusilə də mənzil tikintisi məsələlərinə diqqət artırılıb. Şəhərin mərkəz hissəsində,  həmçinin  Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan,  şəhərin ümumi görünüşünə və gözəlliyinə xələl gətirən  yaşayış binalarının sökülüb yerində müasir binalarının tikintisi ilə bağlı tikinti məsələləri ilə məşğul olan sahibkarlar tərəfindən 9-dan çox müasir layihə işlənib təsdiq olunub. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir. Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov küçələrində çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı hazırlıq işləri gedir, layıhələrin ekspertizası aparılır, bir neçə ünvanda inşaat  işlərinə başlanılıb.

Bu işlərin həyata keçirilməsi ilə bir sıra istehsal sahələrinin bu layihələrə cəlb olunması, yeni iş yerlərinin açılması və ən əsası sakinlərimizin işlə təminatı məsələləri öz həllini tapacaq.

Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən bir sira  tədbir, dəyirmi masa, görüş və s. təşkil olunub, rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlərdə RİH-nin nümayəndələri iştirak ediblər.

Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və  təklifləri -  20-ci sahədə nəqliyyatla bağlı yaranmış problemlər, buradakı dayanajaqda post terminalın olmaması, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri aparılmasının qarşısının alınması, dövlət mənzil fondunun qorunması istiqamətində işlərin genişləndirilməsi, ərazinin sanitar təmizliyi, məktəblərdə dərsə davamiyyətin vəziyyəti və s. məsələlər toxunulub, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Tədbirin sonuda Səbail RİHBA İctimai-siyasi və humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi Rasim İbrahimova Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı təqdim edilib.

1news.az

Paylaş:
713

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər