İlisunun qar mənzərələri - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İlisunun qar mənzərələri - FOTO

17:24 - 18 / 10 / 2016
İlisunun qar mənzərələri - FOTO

Qaxın dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrinə, o cümlədən İlisu kəndinə ilk qar yağıb. Kəndin yaşlı sakinlərinin bildirdiyinə görə, uzun illərdir ki, oktyabrın ortalarında İlisuya qar yağmırdı.

1news.az Azərtac-a istinadən xəbər verir ki, qarın qalınlığı bir neçə santimetr təşkil etdiyindən avtomobil yollarında nəqliyyatın hərəkətində hər hansı çətinlik yaranmayıb.

Kəndin təbii qazla təchizatı da normal qaydada davam edir. Havaların kəskin soyuması yerli sakinlərin qış hazırlıqlarını da tezləşdirib.

Bu günlərdə heyvandarların da qayğıları çoxalıb. Artıq qoyun sürülərinin yaylaqlardan qışlaqlara köçü başlanıb.

1news.az

Paylaş:
2196

Son xəbərlər

Bütün xəbərlər