Ərdoğan: Azərbaycanın beynəlxalq miqyasda tutduğu mötəbər yer Türkiyə üçün qürur mənbəyidir | 1news.az | Xəbərlər
Rəsmi

Ərdoğan: Azərbaycanın beynəlxalq miqyasda tutduğu mötəbər yer Türkiyə üçün qürur mənbəyidir

19:20 - 18 / 10 / 2016
Ərdoğan: Azərbaycanın beynəlxalq miqyasda tutduğu mötəbər yer Türkiyə üçün qürur mənbəyidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti  İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

 “Hörmətli cənab Prezident, əziz Qardaşım.

18 Oktyabr – dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hər il inkişaf edən və güclənən Azərbaycanın bu gün beynəlxalq miqyasda tutduğu mötəbər yer Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də böyük qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyevin və şəxsən Sizin müdrik rəhbərliyinizin bu uğurda böyük rol oynadığı şübhəsizdir. Müstəsna əlaqələrə malik ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyin qarşıdakı dövrdə də güclənib inkişaf edəcəyinə inanır, qardaş Azərbaycana lazım olan hər cür dəstəyi göstərməyə davam edəcəyimizi xüsusi vurğulamaq istəyirəm.

Bu xoş fürsətdən istifadə edib, Zati-aliləri, əziz Qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına bir daha əmin-amanlıq və rifah arzularımı çatdırıram”.

1news.az

Paylaş:
913

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər