Türkiyə prezidenti İlham Əliyevə zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

Türkiyə prezidenti İlham Əliyevə zəng edib

20:18 - 18 / 10 / 2016
Türkiyə prezidenti  İlham Əliyevə zəng edib

Oktyabrın 18-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

Türkiyə Prezidenti Azərbaycan Prezidentini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

1news.az

Paylaş:
793

Son xəbərlər

Bütün xəbərlər