Prezident İlham Əliyevin Qazax rayonuna səfəri başlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevin Qazax rayonuna səfəri başlayıb

09:35 - 19 / 10 / 2016
Prezident İlham Əliyevin Qazax rayonuna səfəri başlayıb

Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonuna səfərə gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevə abidənin ətrafında və şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi.

1news.az

 

Paylaş:
1186

Son xəbərlər

Bütün xəbərlər