Daha bir beynəlxalq qurum FETÖ-nü terror təşkilatı elan etdi | 1news.az | Xəbərlər
Dünya

Daha bir beynəlxalq qurum FETÖ-nü terror təşkilatı elan etdi

12:15 - 19 / 10 / 2016
Daha bir beynəlxalq qurum FETÖ-nü terror təşkilatı elan etdi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullah Gülənin rəhbərlik etdiyi təşkilatı terrorçu olaraq tanıyıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Onun sözlərinə görə, qərar Özbəkistanda İƏT xarici işlər nazirlərinin toplantısında açıqlanıb.

İclasda İƏT xarici işlər nazirləri ilə yanaşı, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edir.

Qeyd edək ki, toplantıda Daşkənd deklarasiyasının imzalanması gözlənilir.

1news.az

Paylaş:
780

Son xəbərlər

Bütün xəbərlər