"Nissan" "Mitsubishi"nin 34%-ni alıb | 1news.az | Xəbərlər
Dünya

"Nissan" "Mitsubishi"nin 34%-ni alıb

21:29 - 20 / 10 / 2016
"Nissan" "Mitsubishi"nin 34%-ni alıb

"Nissan" "Mitsubishi"nin səhmlərinin 34%-ni alıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına əsasən, bu barədə "Mitsubishi" məlumat yayıb.

Bildirilir ki, bundan sonra "Mitsubishi"nin Direktorlar Şurasına da "Nissan"ın prezidenti Karlos Qon rəhbərlik edəcək. K. Qon dekabrın 14-dən vəzifələrinin icrasına başlayacaq. Bununla, o, "Renault" avtomobil konserninin Direktorlar Şurasının da sədri olmaqla eyni anda 3 rəhbər vəzifəni tutacaq.

Qeyd edək ki, "Nissan" mayın 12-də "Mitsubishi"nin səhmlərinin 34%-nin alınması ilə bağlı danışıqların getdiyini bildirib. Əqd 2,28 mlrd. dollar dəyərində qiymətləndirilib.

1news.az

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər