14 yaşlı şagird siqaret çəkdikdən sonra ölüb | 1news.az | Xəbərlər
Dünya

14 yaşlı şagird siqaret çəkdikdən sonra ölüb

11:20 - 20 / 10 / 2016
14 yaşlı şagird siqaret çəkdikdən sonra ölüb

Tatarıstanda 14 yaşlı uşaq siqaret çəkmək nəticəsində yaranmış ürək tutmasından ölüb, tibbi ekspertizaya istinadla regional prokurorluq bildirir.

"9-cu sinif şagirdi nikotinlə zəhərlənmə fonunda yaranan ürək tutması nəticəsində ölüb", - Tatarıstan prokurorluğun böyük müşaviri Ruslan Qaliyev bildirib.

1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, hadisə barədə ilk xəbər Rusiya İstintaq Komitəsi tərəfindən oktyabrın 18-də yayılıb.

Zelenodolsk rayonundakı Nurlatı kəndinin sakinin hüşunu itirərək ölməsi barədə məlumatda onun narkotik maddələrlə zəhərləndiyi qeyd olunurdu.

Prokurorluq həddi-buluğa çatmamış şəxsi narkotiklərin istifadəsinə sövq etmə ittihamı ilə bağlı açdığı işi bağladığını bildirir.

Nəzarət orqanı cinayət işinin tələsik və əsassız açıldığını bildiriblər.

1news.az

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər