“Araz” ilk oyununu məğlubiyyətlə başa vurub | 1news.az | Xəbərlər
Futbol

“Araz” ilk oyununu məğlubiyyətlə başa vurub

13:50 - 24 / 11 / 2016
“Araz” ilk oyununu məğlubiyyətlə başa vurub

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” ilk oyununu keçirib.

1news.az-ın məlumatına görə, təmsilçimiz Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində yerli “Nasional” komandası ilə qarşılaşıb.

Oyun komandamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Araz”ın heyətində yeganə qolu matçın son dəqiqəsində Fineo vurub. 

Qrupdakı digər oyunda Rusiyanın “Uqra” klubu Almaniya “Hamburq”unu böyük hesabla məğlub edib - 4:0. 

Qeyd edək ki, “Araz” qrupdakı ikinci oyununda noyabrın 24-də “Uqra” ilə qarşılaşacaq.

1news.az

Paylaş:
921

Son xəbərlər

Bütün xəbərlər