İstanbulda terror aktı törədənin kimliyi bilindi | 1news.az | Xəbərlər
Dünya

İstanbulda terror aktı törədənin kimliyi bilindi

21:55 - 16 / 12 / 2016
İstanbulda terror aktı törədənin kimliyi bilindi

İstanbulun Beşiktaş rayonunda terror aktı törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib.

1news.az APA-ya istinadən xəbər verir ki, məhkəmə-tibb ekspertləri Maçka parkı yaxınlığında aşkarlanan terrorçu-kamikadzenin qalıqlarının DNT nümunələrini tədqiq edib.

Ekspertiza nəticəsində terrorçu-kamikadzenin Şanlıurfa vilayətinin sakini 20 yaşlı Burak Yavuz olduğu məlum olub.

Dekabrın 10-da İstanbulda törədilən iki partlayış nəticəsində 44 nəfər ölüb.

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər